Radiohəvəskarlar kimlərdir

Radiohəvəskarlar kimlərdir?

Radioefir nədir? Bu milyardlarla səslərdir: qarmaqarışıq səslər və bizə lazım olan səslər. Yəqin ki, bunu hər kəs, həmçinin sizdə radioqəbuledicinin kökləmə düyməsini firlayarkən eşidirsiniz. Efirde dünyanın yüzlərlə radiostansiyası dünya xalqlarının dillərində danışır. Bu səslərın içində bizim-qısadalğaçılarında səsləri var…….

Sizin üçün bir yenilik qeyd edim.Alimlər radio və onun xüsusiyyətlərini,radiodalğalarının yayılma qanunlarını radiohəvəskar-qisadalğaçıların köməyilə başa düşmüşlər. Ancaq onların təcrübələri sayəsində radiotezliklərin bütün incəliklərini ayrıd etmək mümkün olmuşdur. Radiohəvəskar-qısadaiğacı, qısadalğaçı, radiokonstruktor- bütün bunlar onların tam siyahısı deyild ir və bizlərə aiddir. Bir az izah edək. Dünyada radiohəvəskarlar çoxdur.Bizlərdən bəziləri səsgücləndirici aparat (cihaz) yığır, kimisi televiziya texnikası ilə maraqlanır və müasir televizorlardan və radiolardan çoz gözəl baş çıxarır, bəzisi mikroprosessor texnikası ilə maraqlanır. Kimisi (bizdə onlardanıq) radioqəbuledici-radioverici üzərində işləmək üçün özlərini fəda edirlər. Bəziləri ancaq konstruktorluq fəaliyyəti ilə, bəziləri isə ancaq hansısa sxem üzrə müxtəlif cihazlar yığır. Bu səbəbdəndə qeyd etmək lazımdırki, radiohəvəskarlığın istiqamətləri çoxdur. Ona görədə hər kəs özu sevdiyi sahəni seçir.

Qısa dalğalarda radio idmanı. Bu nədir?
Bu özünün boş vaxtını səmərəli keçirmək üçün ən yaxşı vasitədir.Çoxlu insanlar öz axşamlarını ancaq belə keçirirlər. Çoxları qısadalğaçıları işi-peşəsi olmayanlar adlandırırlar. Nə üçün? Həvəskar radiorabitənin məğzi və məramı nədir? Bu sadəcə ünsiyyət vasitəsidir. Sənin yanında olmayan bir insanla ünsiyyət. Bu ünsiyyət sadəcə olaraq telefonla olduğu kimi bir ünsiyyətdir. Burada telefon aparatənin işini həvəskar radiostansiya görür.Sadə radiostansiya – əldə düzəldilmiş vəya ixtisaslaşdırılmış rabitə vasitələri satan mağazadan alına bilər. Əvvəllər həvəskar radiostansiyanın yığılması (transiver adlanması qəbul olunub) radioelektronika biliklərinin yüksək səviyyədə olmasının göstəricisi idi. Müəyyən biliyə sahib olduqdan sonra isə transiverin yığılmasına başlamaq olardı. Başqa ölkələrdə (Yaponiya, Amerika və s.) isə daha asan yolla getdilər. Həmin ölkələrdə həvəskar r/stansiyaların müxtəlif modellərini buraxan çoxlu zavodlar var. Orada elə vəziyyət yaranıbki, istənilən şəxs r/stansiya alaraq evin damında antenna quraraq efirə ç ıxa biər.Bizim ölkəmizdə son 10 ildə belə vəziyyət yaranıb. Qeyd edəkki, indi özün transiver yığmaqdansa yeni transiver almaq daha asandır. Əlbəttə çoxları özünə normal transiver almaq üçün 1500-2000 dollar tapa bilmir.Misal üçün İCOM və ya KEN WOOD firmasınin transiverləri.

Əlbəttə efirə yeni çıxan hər bir adam ,aparatından asılı olmayaraq ,çox böyük sevinc hissi keçirir. ÇAT -da belədir: Səndə hansı kompyuterin (bilgisayarın) olmasından asılı olmayaraq onlar burada yığışıb söhbət edirlər. Biz isə efir vasitəsi ilə ünsiyyət qurmaqdan böyük həzz alırıq. Və hər bir radiohəvəskar-qısadalğaçı uzaqda yaşayan həm karı ilə rabitə yaradaraq onunla antenna (cihaz) yığması təcrübəsini bölüşərək çox sevinir.

Radioefir. Çağırış siqnalları. 
Radioefir çox böyükdür. Efir İstifadə olunan radioverici qurğuların təyinatından asılı olaraq radioyayım radiostansiyaları, müxtəlif rabitə xidmətləri və həvəskar radiostansiyalar arasinda dəqiq bölunmüşdür. Radiohəvəskarları üçün 20-yə yaxin radiotezlikzolağı (sahəsi-diapazon) ayrılmışdır. Efirde yalnız göstərilən tezliklərdə işləməyə icazə verilir.

Biz nə haqqında danışırıq? Çox şey haqqında. Əsasən radiohobbi və radiostansiyaya aid qurğ ular haqqında. Biz nə haqqında danışırıq?. Əsasən radiohobbi və radioqurğular haqqında. Hər mövzuya icazə var. Lakin milli ədavət, irqi ayrı-seçgilik, siyasi və sair bu kimi söhbətlər olmamalıdır.

Sovet dövründə daha pis idi: söhbətlər yalnız radio və hava haqqında ola bilərdi. Xaricilərlə, xüsusilə kapitalist ölkələri ilə ünsiyyətdə olmaq üçün müəyyən təcrübəyə, ağıla və nailiyyətə malik olmaq lazım idi. İndi isə biz kimi istəyiriksə onunla və bizi kim çağırırsa onunla ünsiyyətdə oluruq. Mən çox sadəcə olaraq İstənilən ölkə ilə rabitə yaradar və ünsiyyət qura bilərəm.

Lakin biz biri-birimizi necə tanıyırıq? Məsələn səsimizlə. Lakin bütün dünyada adamları tanımaq üçün ciddi sistem qəbul olunub. Hər bir radiostansiyaya malik olan şəxsə özünə məxsus xüsusi =radiohəvəskar ad= çağırış siqnalı verilir. Bu çağırış siqnalına uyğun olaraq radiostansiyanın hansı ölkəyə və h əmçinin ölkənin hansı rayonuna məxsus olması bilinir.

Çağırış siqnalı radiohəvəskarın həyatına o qədər möhkəm daxil olurki, onlar biri-biri ilə şəxsən görüşdükdə çağırış siqnalları ilə müraciət edirlər. Çağırış siqnalı iki hiss ədən ibarətdir: Prefiks və Suffiks. Gəlin buna nümunədə baxaq: RN9AQZ : Birinci hissə prefks: RN9 – Bu ölkəni və stansiyasının =milliyətini= təyin edir. Rusiya üçün RA-dan RZ- ə kimi hərflər qəbul olunmuşdur. Rəqəmlər ərazini (region) göstərir. 9 – Uralı, 0 -Uzaq Şərqi və Şərqi Sibiri göstərir. Suffiks AQZ . 9A -Çelyabinsk vilayətini, 2F- Kalininqrqad vilayətini, 9 W- Başqırdstan, 4H- Samara vilayəti və sair. Suffiksin qalan iki hərfi orijinaldır və özundə heç nə ifadə etmir (Lakin ikinci hərfə görə stansiyanın statusunu təyin edir- şəxsi və ya kollektiv).

Azərbaycana rəqəm-hərfdən ibarət prefiks 4J və 4K ayrılmışdır. Radiostansiyaların gündəlik işi üçün daimi (müntəzəm) prefiksləri 4J2-4J9 , 4K2-4K9 olan çağırış siqnallaı verilir. Xüsusi r/stansiyalara isə prefiksləri 4J1 və 4J0 , 4K1 və 4K0 olan çağırış siqnalları verilir. 4J2 və 4K2 prefiksi Naxçıvan üçün, 4J4-4J9 və 4K4-4K9 prefiksi Bakı şəhərinə , Azərbaycanın qalan ərazilərinə isə (Bakı və Naxçıvandan başqa) 4J3 və 4K3 prefiksləri verilmişdir.

Efirdə işləyən zaman hər kəs öz çağırış siqnalını səsləndirməlidir. Biz bu çağırış siqnalına görə biri-birimizi tanıyırıq.

Köhnə zamanlardan bir məcburi şərt qalmışdır: Biz hər bir rabitənin başlanğıcında raportlarımızı dəyişməli (eşidilmənin qiyməti və siqnalın gücü) ,özümüzü təqdim etməli və efirdə işlədiyimiz şəhərin adınmızıı deməliyik.Sonra isə xudahafizləşmək vəya hansısa mövzuya uyğun söhbətə başlamaq olar. Əlbəttə bu prosesi görməyən və bunu eşitməyən şəxs üçün bu gülməli gələrki, biz nə ilə məşğuluq. Həqiqətdə isə düşünə bilərlər ki,bu dialoqda yaxşı nə var ki?

Radiorabitədən bir nümunə:
-Hamıya, mən RA9AMN, hamı üçün qəbuldayam….
– RA9AMN, burada UT5EW….
– UT5EW, vaxtın xeyir. Səni 59 qəbul edirəm, adım Konstantin, şəhərim Trexqornıydır.
– OK! Konstantin qəbul olundu.Salam. Həmçinin -59, Dnepropetrovskdan Sergey…….
– Sergey,sağ ol qəbul olundu. Sualım yoxdur,gələn görüşlərədək.
– Kostya səni saxlamağa cürət etmirəm,gələn görüşlərədək, 73!
– RA9AMN ! Burada UT5EW -dir.Rabitənin sonu.

Hə necədir? Bu haqda məlumatı olmayan şəxs üçün belə qısa söhbət çox qəribə gələ bilər.Lakin əsl radiovurğunları (fanatları) üçün bu həddindən artıq maraqlıdır. Mən əvvəlcə Dnepropetrovsk ilə, sonra Moskva , Sonra isə Bakı ilə rabitə keçirdim və sair. Sonra ingilis dilində ümumi çağırış verdim- artıq xaricilər- yaponlar, amerikanlar çağırır.

Daha heç nə deməyəcəyəm ki, nə haqqında danışmaq olar. Bunun üçün gərək sən öz tərəf-müqabilinə maraqlı olasan. Rabitədən sonra QSL-kartoçka (açıqça) ilə mübadilə edirsən. Bu poçt açıqcası kimidir. Bir üzündə hər-hansı rəsm (şəhərinin şəkili), digər üzündə isə bütün lazım olan məlumatlar-eşidilmənin səviyyəsi, operatorun adı, şəhər və özün haqqında məlumat. Bəzən çox ölkələrdən nadir QSL- kartoçkalar gəlir. Başqa mənada isə bu kartoçka həmdə rabitəni təsdiq edən mühüm sənəddir. Demək olar ki hər bazar günü radioidmanı üzrə müxtəlif yarışlar keçirilir. Ölkə …

Continue Reading