Ответ в теме: Our Hamradio Future in 4J-4K

Главная Форумы / Forums / Forumlar General (Общий) Our Hamradio Future in 4J-4K Ответ в теме: Our Hamradio Future in 4J-4K

#5004730
4K3M
Участник

Salam dostlar! Bəli, bizdə demək olarki, radio idmanı getdikcə daha çox tənəzzülə uğrayır. Əlbəttə son illərdə bizə qoşulan gənc UQD-çılar (Bakıda) var. Lakin Bakı üçün bu çox kiçik rəqəmdir. Mən bir neçə ildirki, sosial şəbəkələrdə (ok.ru və facebook ) geniş təbliğat aparıram. Burada Cənub bölgəsi, Qərb bölgəsi, Şimal-Qərb bölgəsi, Şimal bölgəsi və Şirvan bölgəsinin şəxsləri təmsil olunsalarda radioidmana maraq heç yoxdur. Bir neçə dəfə Lider TV və Region TV-də mənim haqqımda bir neçə süjet (o cümlədən 4K6FO haqqında) efirdə yayımlanmışdır. Regionlarda isə bu haqda vəziyyət çox pisdir. Əlbbəttə yaxşı olardı ki, yerli UQD şəbəkəsində geniş texniki məsləhətləşmələr, sorğular və sair səsləşmələr keçirilsin. Mən düçünürəm ki, yaxın zamanlarda bütün radiohəvəskarların ümumi yığıncağının keçirilməsi lazımdır. Burada hər kəsi maraqlandıran məsələləri müzakirə etməklə geniş fikir mübadiləsi aparmaq və müəyyən qərarlar qəbul etmək olar.